Free Quote!

Volt Nedir?

Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə, elektrik dövrəsinin iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür. Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q. Ölçü vahidi italyan fiziki Voltanın şərəfinə 1V gıtürülür

Watt Nedir?

Vatt (Vt) (ing. Watt (W)) - elektrik və ya mexaniki güc ölçü vahidi. 1 vatt (Vt) – 1 saniyədə (s) 1 coul (C) iş görə bilən mexanizmin gücünə deyilir və BS-də güc vahidi olaraq götürülür. N = A/t, burada N-mexaniki güc, A iş, t-bu işi görməyə sərf olunan zamandır[1]. Vatt (Vt) ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.

Amper Nedir?

Amper (işarəsi: A) – cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsadə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10-7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb. [1]

Qüvvət Ad İşarə Qüvvət Ad İşarə
100 Amper A      
101 dekaamper daA 10–1 desiamper dA
102 hectoamper hA 10–2 santiamper cA
103 kiloamper kA 10–3 milliamper mA
106 meqaamper MA 10–6 mikroamper µA
109 giqaamper GA 10–9 nanoamper nA
1012 teraamper TA 10–12 pikoamper pA
1015 petaamper PA 10–15 femtoamper fA
1018 egzaamper EA 10–18 attoamper aA
1021 zettaamper ZA 10–21 zeptoamper zA
1024 yottaamper YA 10–24 yoktoamper yA

Watt = Volt x Amper

If you are reading this, it is because your browser does not support the 'video' element. Try using the 'object' element listed further down the page.