Free Quote!

Elektrik Nedir? Ilk anlayishlar

Elektrik (yunanca ἤλεκτρον ēlektron „kəhraba" deməkdir) — fiziki əsasında yüklənmiş mikriskopik hissəciklərin (elektron, ion, molekula və onların kompleksi ) olduğu cismin və prosesin xassələri və dəyişilməsini izah edən anlayışdır. O sakit və hərkətdə olan elektrik yükünü, həmçinin elektrik və maqnit sahəsi ilə əlaqədar fenomenləri əhatə edir. Elektrik ilə elektrik enerjisi əldə edilir. Elektrik yükünün daşıyıcısı mənfi yüklənmiş elektronlar, ionlar və müsbət yüklənmiş proton və kationlardır. Eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir. Elekltrik yükləri elektrik sahəsinin, hərəkətli yüklər isə maqnit sahəsinin əsaını təşkil edir.

Müxtəlif işarəli yüklər bir-birini cəzb edir

Eynı işarəli yüklər isə bir-birini itələyir

Elektromaqnetik dalğalar elktromeqnetik sahənin həyacanlanmasıdır və yarandıqdan sonra yük daşıyıcılarından asılı olmayaraq hərkət edə bilir. Elektrik yüklərinin keçiricidə hərəkəti sərbəst elektronların nizamlanmış hərkətindən ibarətdir. Bərk cisimlər keçiricilrə, yarımkeçiricilər və dielektriklərə bölünürlər.

Elektrik cərəyanı hələ bizim eradan təxminən 600 il əvvəl, yunanlara məlum olmuşdur. Bu haqqda ilk bilik Falesə aid edilir. O dövrdə insanlar kəhrəbanın yun parçaya sürtdükdən sonra onun başqa materialları özünə cəzb etməsini müşayət etmişlər. Elektrik sözünün də mənası buradan gəlir. Yalnız orta əsrlərdə Qalileo Qaliley tərəfindən fizika eksperimental bir elm kimi tədqiq edildikdən sonra elektrik cərəyanın araşdırılmasına maraq artmışdır. 1600-cü ildə ingilis fiziki Viliam Gilbert (1544-1603) "De magnete" əsərində tək kəhrəba yox, başqa materialların da elektriklə yüklənə bilməsini göstərmişdir. O, ilk dəfə olaraq "Elektrika" terminini işlədir. XVII əsrdə statik elektrik ilə məşğul olan alman alimi Otto von Querike ilk dəfə olaraq elektrikləşdirmə maşınını, daha doğrusu generatoru yaradır. O, iki eyni cür yüklənmiş cisimlərin bir-birini itələməsi hadisəsini araşdırır. Ona qədər yalnız elektrik cərəyanı ilə yüklənmiş cisimlərin bir-birini casibə etməsi məlum idi. XVIII əsrdə elerktrik cərəyanın xassələri və onu yaratmaq üçün batareyaların düzəldilməsi üzrə əsas işlər görülmüşdür. Buraya əsasən Pieter van Muşenbrök (Layden şüşəsi, 1745), Benyamin Franklin (mənfi və müsbət qütblər, 1752), Luigi Qalvani (elektrokimyəvi enerji, 1770), Alesandro Volta (batareya, 1776), Çarles Auqustin Kulomb (Kulon qanunu, XVIII əsrin sonu), Georg Simon Om (Om qanunu XIX əsrin əvvəli) kimi alimlərin işləri daxil idi. XIX əsrin əvvəlində maqnetizm və elektrik cərəyanı arasında əlaqə ixtira edildikdən sonra bu fiziki kəmiyyətin praktikada tətbiqi üçün geniş zəmin yaranır.

If you are reading this, it is because your browser does not support the 'video' element. Try using the 'object' element listed further down the page.